[b]PSJ-nin prezidenti Superliqa klubunu alır[/b]
26.10.2017 - 09:40
[b]PSJ-nin prezidenti Superliqa klubunu alır[/b]

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Türkiyədən klub alır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ona məxsus olan “beIN Sports” şirkəti “Başakşəhər”in səhmlərini ələ keçirməyə hazırlaşır.

 

Türkiyə Superliqasının qarşıdakı 5 il ərzində yayım hüququna malik olan “beIN Sports” “Başakşəhər”ə yiyələnməyə çox yaxındı. Tərəflər arasında aparılan danışıqlar, demək olar ki, yekunlaşıb. Gələn ilin yanvar ayında rəsmi tərəfdaşlıq müqaviləsinin imzalanması gözlənilir. Hazırda Avropa Liqasında yarışan “Başakşəhər” Türkiyə çempionatında 9 turdan sonra 5-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Superliqanın yayım hüququna yiyələnmək “beIN Sports”a 500 milyon dollara başa gəlib.