[b]Püşk Azərbaycan və Türkiyə yığmalarını üz-üzə qoydu[/b]
03.12.2014 - 13:00
[b]Püşk Azərbaycan və Türkiyə yığmalarını üz-üzə qoydu[/b]

Final mərhələsi 2016-cı ildə keçiriləcək 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə 52 komanda 13 qrupa bölünüb.

 

Final mərhələsinin təşkilatçısı olacaq Almaniya və yarışa elit-raundadn qatılacaq İspaniya seçmə mərhələdən azad olduğu üçün 2015-ci ilin payızındakı oyunlarda çıxış etməyəcək.

 

Püşk Azərbaycan millisinin də rəqiblərinin adlarına aydınlıq gətirib. Millimiz burada 5-ci qrupunda mübarizə aparacaq. Komandamızın rəqibləri isə Türkiyə, Bosniya və Herseqovina, Ukrayna milliləridi. Turnirin hansı ölkədə keçiriləcəyi hələ dəqiqləşməyib.