2014-cü ilin ən yaxşı qolunun müəllifi mükafatına namizədlərin yekun siyahısı bəlli olub. Apasport.az saytının məlumatına görə, FİFA burada 3 futbolçunun adına yer verib.
Ferens Puşkaş mükafatına namizədlər bunlardı:
Robin van Persi (Hollandiya, “Mançester Yunayted”), Xames Rodriqes (Kolumbiya, Madrid “Real”ı), Stefani Roş (İrlandiya millisinin qadın futbolçusu).
Xatırladaq ki, 2009-cu ildən təsis olunan mükafatı Kristiano Ronaldo (2009), Həmit Altıntop (2010), Neymar (2011), Miroslav Stox (2012) və Zlatan İbrahimoviç (2013) qazanıblar.
Qeyd edək ki, daha əvvəl heç vaxt qadın futbolçu Puşkaş mükafatına sahib olmayıb.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək