“Qəbələ” avrokubok oyununu iyulun 28-də keçirəcək 4-cü Azərbaycan klubu olacaq. Apasport.az saytının məlumatına görə, iki gündən sonra Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçında Fransa “Lill”i ilə qarşılaşacaq “qırmızı-qaralar”a qədər 3 təmsilçimiz bu tarixdə 4 matç keçirib. Bu qarşılaşmalarda klublarımız 1 heç-heçə edib və 3 dəfə uduzub.
2005-ci ildə “Bakı” və “Xəzər Lənkəran” UEFA kubokunun cavab oyununa iyulun 28-də çıxıb. Sonuncular evdə Moldova “Nistru”su ilə görüşdə 1:2 hesabı ilə yenilib. Bakılılar isə Slovakiyada “Jilina”dan zəif olublar – 1:3.
2009-cu ildə “Bakı” Çempionlar Liqasının görüşündə Bolqarıstan “Levski”sini qəbul edib. Təmsilçimiz ev amilindən yararlana bilməyib – 0:0.
5 il öncə isə “Qarabağ” iyulun 28-də uğursuzluğa düçar olub. Ağdamlılar Belçikada keçirdiyi Avropa Liqasının oyununda “Brügge”yə uduzub – 1:4.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək