[b]Qalin İvanov: Azərbaycana qayıtmağım mümkündü[/b]
08.01.2015 - 10:31
[b]Qalin İvanov: Azərbaycana qayıtmağım mümkündü[/b]

“Karyeramı Bolqarıstanda davam etdirmək istəmirəm. Çünki burdakı klubların maddi vəziyyəti yaxşı deyil. Elə bu səbəbdən də “Levski” və “Ludoqorets”in təklifinə hələ cavab verməmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”dan ayrılan Qalin İvanov deyib.

 

Vətənində oynamaq istəməyən 26 yaşlı yarımmüdafiəçi hazırda digər ölkələrdən gələn təklifləri dəyərləndirir. İvanovun sözlərinə görə, onunla Azərbaycan klubu da danışıq aparır: “Türkiyə, Rusiya, Qazaxıstan, həmçinin Azərbaycandan təkliflər var. İndidən ad çəkmək istəmirəm. Əgər danışığımız baş tutsa, özünüz hər şeydən xəbərdar olacaqsız. Hələ gözləmə mövqeyi tutmuşam. Azərbaycana qayıtmağım da mümkündü”.

 

Qeyd edək ki, karyerasının əsas hissəsini Sofiya “Slaviya”sında keçirən İvanov son yarım ili “Xəzər Lənkəran”da keçirib.