“ABŞ-a nəticə qazanmağa getmişdik. Amma alınmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Qara Qarayev deyib.
O bildirib ki, ABŞ-la yoxlama oyunundakı 0:2 hesablı məğlubiyyət üzücü olub: “Oyunun sonlarında qol buraxdıq. Bu hal bizim üçün üzücüdür. Lakin bu qarşılaşma hazırlıq oyunu idi. Özümüzü sınadıq, gücümüzü bildik. Bu matç arxada qaldı, çalışacağıq ki qabağa baxaq. Kimsə oyunumu yaxşı qiymətləndirə bilər. Lakin özüm oyunumdan razı qalmadım. Daha yaxşı çıxış etmək olardı. Amma çətin oldu. Çalışdıq ki, nəsə göstərək. Amma səfərdə oynayırdıq, rəqib də azarkeşləri önündə idi. Narazı qaldığım çox şeylər var. Ötürmələrim dəqiq olmurdu. Oyunun sonunda yorğunluq var idi. Amma bunların üzərində işləyəcəm. Ağır mövsüm bizə mane olmamalı idi. Bu amil bizə bəraət qazandırmır. Nəticə qazanmağa gəlmişdik, alınmadı, heç nə əldə edə bilmədik”.