“Böyükağa Hacıyevin saytınızda yer alan açıqlaması ilə tanışam. Razıyam, Mirhüseyn Seyidov məndən yaxşı futbolçudu. Maraqlısı ondadı ki, bugünkü tədbirdən sonra Böyükağa müəllim məni təbrik etdi. Dedi ki, layiqsən, bu ilin ən yaxşı futbolçusu sənsən (gülür)”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev deyib.
İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən 2014-cü ilin ən yaxşı futbolçusu seçilən Qarayev Böyükağa Hacıyevin “Qara ilə müqayisədə Mirhüseyn Seyidovu daha yaxşı hesab edirəm” açıqlamasına münasibət bildirib. O, Hacıyevə böyük hörmət bəslədiyini deyib: “Böyükağa müəllim ağsaqqalımız, böyüyümüzdü. Təcrübəsi, qazandığı titullar məcbur edir ki, ona hörmət edək. O ki qaldı Mirhüseynə, biz onunla qardaş kimiyik. Mənim uğurum onun, onun uğuru isə mənim uğurumdu”.
“Qarabağ”dakı gələcək karyerası haqda da danışan 22 yaşlı futbolçu doğma klubunu yalnız Avropa komandalarından birinə dəyişə biləcəyini vurğulayıb: “Hələ ki, ölkə xaricindən elə bir təklif yoxdu. Mənim klubla müqaviləm ömürlükdü. “Qarabağ”ı Azərbaycanın başqa komandasına dəyişmək fikrində deyiləm. Sanballı xarici çempionatda çıxış edən klublardan təklif gəlsə, dəyərləndirə bilərəm. Mənim üçün pul önəmli deyil. Karyerama xeyir verə biləcək çempionata getmək istəyərəm. Türkiyənin PTT I liqası? Mənlik deyil! Çünki “Qarabağ”ı həmin liqada çıxış edən bütün komandalardan güclü sayıram”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı