Martın 26-da millimizlə yoxlama oyunu keçirəcək Qazaxıstan yığması baş məşqçi axtarışlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsindəki uğursuz çıxışdan sonra Yuri Krasnojanla yollarını ayıran Qazaxıstan Futbol Federasiyası bu posta yeni çalışdırıcı axtarır.
Bu ölkədən olan həmkarlarımızın proqnozlarına əsasən, artıq gələn həftə məsələyə tam aydınlıq gəlməlidi. Krasnojanla birlikdə köməkçiləri də yığmadan uzaqlaşdırıldığı üçün komandanı hazırlıqlara aparacaq çalışdırıcı belə qalmayıb.
Bu üzdən də Qazaxıstan Futbol Federasiyası millinin yeni tsiklə - DÇ-2018-in seçmə mərhələsinə hazırlıq planının vaxtında tərtib olunması üçün baş məşqçi məsələsinə tezliklə aydınlıq gətirməyə çalışır. Yerli mütəxəssislərə o qədər də güvənməyən federasiyanın yenə də komandaya əcnəbi gətirəcəyi bildirilir.
Qeyd edək ki, Azərbaycan – Qazaxıstan oyunu Türkiyənin Antalya şəhərində keçiriləcək.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi