[b]Qəbələ stadionunda “Azərbaycan, Azərbaycan” sədası[/b]
09.07.2015 - 19:58
Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində az sonra başlayacaq “Qəbələ” – “Dinamo” (Tiflis) görüşünə azarkeş axını davam edir. Apasport.az saytının məlumatına görə, yerli azarkeşlər matç başlamamışdan da fəallıq göstərirlər.
Belə ki, onlar “Azərbaycan, Azərbaycan” və “Qəbələ, Qəbələ” sədaları ilə komandanı qələbəyə ruhlandırırlar. Təxminən 30 nəfərdən ibarət olan gürcü fanatlar isə hələlik təmsilçilərinin meydana çıxmasını gözləyirlər.
0
0