[b]Qəbələdə ilk dəfə[/b]
30.05.2014 - 14:16
[b]Qəbələdə ilk dəfə[/b]

III Qəbələ kuboku Azərbaycan təmsilçiləri üçün ilklə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası yarımfinala yüksəlməklə bunu bacaran ilk təmsilçimiz olub.

 

Belə ki, əvvəlki 2 turnir yerli komandalar üçün uğursuz alınırdı. “Qəbələ” hər iki cəhdində 5-8-ci yerlər uğrunda təsəlli matçlarında oynamışdısa, 2012-ci ildə “Qarabağ”, 2013-cü ildə “Bakı” eyni aqibəti yaşamışdı. Təşkilatçılar əvvəl 6-cı, ötən il 7-ci yerlə kifayətlənmişdi. Bakılılar da 6-cı olmağı bacarmışdısa, ağdamlılar sonuncu yeri tutmuşdu.

 

Qeyd edək ki, “Qəbələ” yarımfinalda Belçikanın “Anderlext” klubu ilə qarşılaşacaq.