Azərbaycan Premyer Liqasının XVI turunda “Qəbələ” “Zirə”ni qəbul edəcək. Apasport.az saytının məlumatına görə, oyun iki komanda arasında Premyer Liqa çərçivəsində 11-ci görüş olacaq.
Geridə qalan 10 matçda tərəflər hərəyə 3 qələbə qazanıblar. Digər 4 oyunda isə tarazlıq pozulmayıb. Top fərqi meydan sahiblərinin xeyrinədi – 12:9.
İki komanda arasındakı duellərdəki son 7 oyunda “Qəbələ” meydanı qolsuz tərk etməyib. Paytaxt təmsilçisi isə son 4 matçda məğlubiyyət üzü görməyib.
Qeyd edək ki, geridə qalan 15 turdan sonra “Qəbələ” 32 xalla ikinci, “Zirə” isə 31 xalla üçüncü pillədə qərarlaşıb.