[b]Qırılmayan rekordlar[/b]
14.10.2015 - 01:22
[b]Qırılmayan rekordlar[/b]

Baş tutan son 9 oyunla AVRO-2016-nın seçmə mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi Bolqarıstanla səfər oyununda 0:2 uduzaraq tsikli məğlubiyyətlə başa vurub.

 

Bundan 3 gün əvvəl İtaliyaya da yenilən komandamız son iki qarşılaşmada xal qazanmayıb. Bu da millimizin rekordları ən azı təkrarlamasına imkan verməyib.

 

Belə ki, mərhələni 6 xalla başa vuran komandamız seçmə tsikllərdəki ən yaxşı göstəricisindən geri qalıb. DÇ-2014-ün oyunlarında yığmamız Berti Foqtsun rəhbərliyi altında 9 xal toplamışdı.

 

Komandamız Avropa çempionatlarındakı nailiyyətini də təkrarlaya bilməyib. AVRO-2012-dəki 7 xallıq rekorda cəmi 1 heç-heçə çatmayıb.

 

Robert Prosineçkinin yetirmələri qrupda 5-ci olub. 4-cü olmaq şansını Sofiyada əldən verən komandamız DÇ-2014-dəki rekordunu təkrarlamaq şansını da qaçırıb.

 

Qitə çempionatlarında isə ən yaxşı nəticəmiz olan 5-ci yerdə 4-cü dəfə nail olduq. AVRO-2000, AVRO-2012-də altı,  AVRO-2004-də 5 komandalı qrupda 4-cü olan yığmamız 3-cü dəfə rəqiblərindən birini arxada qoymağı bacarıb.

 

Millimiz 2-ci qələbəsini qazansaydı, bir tsikl üçün rekord olan AVRO-2012-nin nəticəsini təkrarlayacaqdı. Amma komandamız bunu gerçəkləşdirə bilməyib.

 

Bir seçmə mərhələdə ən çox qol vuran futbolçu adına yiyələnmək üçün bir dəfə rəqib qapısına yol tapmalı olan Dmitri Nazarov da mütləq nəticəyə imza ata bilməyib. Tsikli 3 qolla bitirən yarımmüdafiəçi Qurban Qurbanovun AVRO-2004-dəki nəticəsini 3 gün əvvəl təkrarlasa da, keçə bilməyib.

 

 

Turnir 

 O

 Q

 T

Yer 

AVRO-96 

10

0

1

9

2-29

1

6-cı 

DÇ-98 

8

1

0

7

3-22

3

5-ci 

AVRO-2000 

10

1

1

8

6-26

4

5-ci 

DÇ-2002 

10

1

2

7

4-17

5

6-cı 

AVRO-2004 

8

1

1

6

5-20

4

5-ci 

DÇ-2006 

10

0

3

7

1-21

3

6-cı 

AVRO-2008 

12

1

2

9

6-28

5

8-ci 

DÇ-2010 

10

1

2

7

4-14

5

5-ci  

AVRO-2012

10

2

1

7

10-26

7

5-ci

DÇ-2014

10

1

6

3

7-11

9

4-cü

AVRO-2016

10

1

3

6

7-18

6

5-ci

0