Premyer Liqasında çıxış edən klublar qış fasiləsində heyətinə qatdığı 43 futbolçunun xidmətindən yararlanıb. Apasport.az saytının məlumatına görə, 2018-ci ilin arxada qalan 7 turunda meydana çıxan 43 debütantdan bəziləri yerli klublardan, bəziləri ölkə xaricindən transfer olunub.
Autsayderlərdən “Kəpəz” daha çox – 10, “Keşlə” 9 belə oyunçuya ehtiyac duyub. “Səbail”lə “Zirə” 7, “Neftçi” 5, “Sumqayıt” 3, “Qəbələ” 3 yeni tapıntıya şans verib. “Qarabağ” isə qışdan sonra heç bir yeni sima ilə güclənməyib.
Yenilərə baxsaq, onlardan 11-i bütün oyunlarda komandasına kömək edib. Bu qış “11-liy”ində “Səbail”in 5, “Kəpəz”in 4, “Neftçi” və “Keşlə”nin hərəyə 1 üzvü var. Qışda cəlb olunanlardan 5-i əvəzolunmaz sayılır. Onlardan ikisi - Fəhmin Muradbəyli və Rahil Məmmədov “Səbail”, Sergey Litovçenko, İqor Korotetski və Quili Mandqaladze “Kəpəz”də forma geyinib.
Qış transferlərindən ikisi qapıçıdı. Autsayderlər – “Kəpəz” və “Keşlə”nin qolkiperləri üst-üstə 13 qol buraxıb. Yeni gələnlər qışdan sonra cəmi 12 qol vurub. Fəhmin Muradbəyli və Aleksandr Dedov daha çox – hərəyə 2 dəfə fərqlənib. Mövsümün ilk yarısından sonra yeni komandaya gələnlər 26 sarı, 2 qırmızı vərəqə alıblar. Onlardan biri - Quili Mandqaladze artıq 4 xəbərdarlıq almaqla, cəzalı duruma düşüb.
Düzdü, elə oyunçular da var ki, qış fasiləsində öz klubun əsas komandasına əvəzedicilərdən dəvət alıb. Lakin Əlibəy Məmmədli (“Keşlə”), Hacıağa Hacılı (“Qəbələ”) və Aqşin Qurbanlı (“Səbail”) kimi futbolçuları klubları üçün qış tapıntısı saymaq olmaz.
klub |
futbolçu |
O |
DƏQ |
Q |
SV |
QV |
Səbail |
Fəhmin Muradbəyli |
7 |
630 |
2 |
0 |
0 |
Səbail |
Rahil Məmmədov |
7 |
630 |
0 |
3 |
0 |
Kəpəz |
Sergey Litovçenko |
7 |
630 |
-7 |
0 |
0 |
Kəpəz |
İqor Korotetski |
7 |
630 |
1 |
1 |
0 |
Kəpəz |
Quili Mandqaladze |
7 |
630 |
0 |
4 |
0 |
Səbail |
Yevgeni Koçuk |
7 |
619 |
1 |
2 |
0 |
Səbail |
Nikoloz Apakidze |
7 |
600 |
1 |
1 |
0 |
Keşlə |
Sezar Meza Kolli |
7 |
530 |
0 |
1 |
1 |
Kəpəz |
Tarzin Cahangirov |
7 |
508 |
1 |
1 |
0 |
Səbail |
Vaxit Orazsaxetov |
7 |
408 |
0 |
1 |
0 |
Neftçi |
Lukas Qomes |
7 |
268 |
0 |
0 |
0 |
Kəpəz |
Dario Federiko |
6 |
524 |
1 |
3 |
0 |
Zirə |
Yani Urdinov |
6 |
517 |
0 |
2 |
0 |
Keşlə |
Ebrima Sohna |
6 |
496 |
0 |
1 |
0 |
Keşlə |
Kamran Ağayev |
6 |
492 |
-6 |
0 |
0 |
Zirə |
Tellur Mütəllimov |
6 |
490 |
0 |
0 |
0 |
Kəpəz |
Samir Zərgərov |
6 |
471 |
0 |
0 |
0 |
Keşlə |
Herve Tçami |
6 |
459 |
0 |
0 |
0 |
Səbail |
Faruk Miya |
6 |
437 |
0 |
0 |
0 |
Zirə |
Aleksandr Dedov |
6 |
367 |
2 |
1 |
0 |
Kəpəz |
Dieqo Qusmao Souza |
6 |
366 |
0 |
2 |
0 |
Zirə |
Comal Uilyams |
6 |
352 |
1 |
1 |
0 |
Səbail |
Kərim Diniyev |
6 |
331 |
0 |
0 |
0 |
Neftçi |
Fransisko Qarsiya |
6 |
331 |
0 |
1 |
0 |
Qəbələ |
Təmkin Xəlilzadə |
6 |
253 |
0 |
1 |
0 |
Kəpəz |
Şadon Vinçester |
5 |
415 |
0 |
0 |
0 |
Neftçi |
İlkin Qırtımov |
5 |
371 |
0 |
1 |
0 |
Zirə |
Elşən Abdullayev |
5 |
339 |
1 |
0 |
0 |
Keşlə |
Məqsəd İsayev |
5 |
217 |
0 |
0 |
0 |
Kəpəz |
Roman Hüseynov |
4 |
223 |
0 |
0 |
0 |
Zirə |
Mirsahib Abbasov |
4 |
193 |
0 |
0 |
0 |
Keşlə |
Andre Klennon |
4 |
161 |
0 |
0 |
0 |
Sumqayıt |
Ülvi İsgəndərov |
4 |
98 |
0 |
0 |
0 |
Keşlə |
Vaqif Cavadov |
3 |
107 |
0 |
0 |
0 |
Sumqayıt |
Elnur Abdullayev |
3 |
21 |
0 |
0 |
0 |
Neftçi |
Mayk Kampaz |
3 |
12 |
0 |
0 |
0 |
Qəbələ |
Yusif Nəbiyev |
2 |
90 |
0 |
1 |
1 |
Sumqayıt |
Nicat Qurbanov |
2 |
25 |
1 |
0 |
0 |
Zirə |
Ibrahim Aslanlı |
1 |
90 |
0 |
0 |
0 |
Keşlə |
Podio Pablo |
1 |
35 |
0 |
0 |
0 |
Keşlə |
Nemanya Stoyanoviç |
1 |
25 |
0 |
0 |
0 |
Kəpəz |
Tural Nərimanov |
1 |
15 |
0 |
0 |
0 |
Neftçi |
Soni Mustivar |
1 |
4 |
0 |
0 |
0 |