[b]Qonzalo İquayn 100-ü keçdi[/b]
28.10.2017 - 21:41
[b]Qonzalo İquayn 100-ü keçdi[/b]

“Yuventus”un hücumçusu Qonzalo İquayn A seriyasında 100 qol həddini keçib. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu bu göstəriciyə “Milan”la oyunda çatıb.

 

Qarşılaşmanın 23-cü dəqiqəsində Miralem Pyaniçin ötürməsi ilə hesabı açan İquayn bununla da yubiley qoluna sevinib. O, 63-cü dəqiqədə daha bir dəfə fərqlənərək qollarının sayını 101-ə çatdırıb.

 

29 yaşlı hücumçu bu qollardan 71-ni “Napoli”nin, 30-nu isə “Yuventus”un heyətində vurub.

 

Qeyd edək ki, hazırda davam edən oyunda “Yuventus” 2:0 hesabı ilə qalib gəlir.