[b]Qrizmann: “Barselona”, yoxsa “Atletiko”? [/b]
31.05.2018 - 11:53
“Atletiko”nun hücumçusu Antuan Qrizmannın gələcəyi maraq doğurur. Apasport.az saytının “SFR Sport”a istinadən məlumatına görə, fransız futbolçu karyerasını harda davam etdirəcəyinə dair qərarını iyulun əvvəlində açıqlayacaq.
Daha öncə Qrizmannın “Barselona” ilə 5 il müddətinə anlaşdığı və ilinə 15 milyon avro qazanacağı barədə xəbərlər yayılmışdı. Madrid klubunun isə 27 yaşlı oyunçuya 25 milyon avro məvacib təklif etməyə hazır olduğu bildirilir.
Geridə qalan mövsümdə La Liqada 32 matçda meydana çıxan Antuan Qrizmann 19 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0