[b]Qrizmann yeni müqavilə imzaladı[/b]
13.06.2017 - 09:40
“Atletiko”nun hücumçusu Antuan Qrizmannın taleyinə aydınlıq gəlib. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, fransalı forvard hazırkı komandasında qalmaq qərarına gəlib.
“Mançester Yunayted”in israrla heyətinə qatmağa çalışdığı 26 yaşlı futbolçu transfer qadağası olan madridlilərlə yeni müqavilə imzalamağı üstün tutub. Rəhbərliklə futbolçu arasında aparılan danışıqlar artıq müsbət nəticələnib. Yeni anlaşmaya görə, Qrizmann 2022-ci ilə qədər “Atletiko”ya məxsus olacaq.
Qeyd edək ki, Antuan Qrizmann 2014-cü ildən “Atletiko”nun formasını geyinir.
0
0