“Mən “İnter”in 5 müdafiəçi ilə oynayacağını gözləyirdim” Apasport.az saytının PFL-in rəsmi səhifəsinə istinadən verdiyi məlumatına görə, bu sözləri “Qarabağ”- “İnter” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov deyib:
Baş məşqçi hər iki komandanın intizamlı futbol sərgilədiyini qeyd edib: "Nəticə normal oldu. Biz yaxşı komandaya qarşı oyun keçirdik. “İnter”in belə oynaması bizim üçün sürpriz oldu. Ümumi götürsək, matç pis alınmadı. Müəyyən boşluqlar vardı ki, bunu da normal qarşılamaq lazımdı".
Qeyd edək ki, Topaz Premyer Liqasının XXVII turunun son oyununda "Qarabağ" "İnter"lə qolsuz bərabərə qalıb.