[b]Qurban Qurbanov: Almeydanın ağrıları çox olsaydı...[/b]
27.09.2014 - 18:40
[b]Qurban Qurbanov: Almeydanın ağrıları çox olsaydı...[/b]

“Yaxşı oyun alındı. Azarkeşlər 4 qol izlədilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Təcrübəli çalışdırıcı bu gün Topaz Premyer Liqasının VII turunda səfərdə “Neftçi”ni 3:1 hesabı ilə məğlub etmələrinə şərh verib: “Sona kimi oyun intizamını qoruyan futbolçularımdan razı qaldım. “Neftçi”nin yaxşı oyunçuları çoxdur. Onlar imkanlardan istifadə edə bilirlər. “Neftçi” bu gün məğlub olsa da, yaxşı oyun göstərdi. Almeydanın zədəsi ciddi deyil. Ağrıları çox olsaydı, davam edə bilməzdi. Bizi qarşıda “İnter”lə çətin oyun gözləyir. İtaliya klubuna qarşı oyunda ən azından layiqli mübarizə aparacağıq”.(pfl)