[b]Qurban Qurbanov: Bu, hazırda müzakirə olunacaq məsələ deyil – MÜSAHİBƏ[/b]
02.04.2017 - 21:09
[b]Qurban Qurbanov: Bu, hazırda müzakirə olunacaq məsələ deyil – MÜSAHİBƏ[/b]

Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə “Kəpəz”i 2:1 hesabıyla məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis matçın gərgin keçdiyini deyib.

 

- Gərgin oyunlarımızdan birini keçirdik. Komanda ağır qrafiklə oynayır. 3 gündən bir matça çıxmaq çətinlik yaradır. Kubok görüşünə kimi futbolçuların ayrı-ayrı millilərin düşərgəsində olması müəyyən problemlər yaradır. Ancaq yenə də futbolçularıma təşəkkür edirəm.

 

- Riçard Almeydayla Bədavi Hüseynovun durumu necədi?

- Bu barədə heç nə deyə bilmərəm. Bədavinin ayağında millinin oyunundan sonra şiş yaranıb. Onun gələn oyuna hazır olması 50/50-di. Riçardda isə çanaq oynağında qan yığılıb. Bu da daha çox yüklənmədən olur. Hər ikisi fərdi məşq edir. Ola bilsin, “Neftçi” ilə oyundan sonra komandaya qoşulsunlar. Ancaq “Neftçi”ylə oyunda çıxış etməyəcəkləri dəqiqdi.

 

- “Qəbələ” bu gün xal itirdi. Bu barədə oyunun gedişində futbolçulara məlumat vermişdiz?

- Həmin oyunun nəticəsini matç bitdikdən sonra öyrəndim. Futbolçular da bilmirdi.

 

- “Qəbələ” ilə oyunun Tofiq Bəhramov adına stadionda keçirlməsi nə dərəcədə mümkündü?

- Çox güman ki, burda keçiriləcək. Həmin stadionun ot örtüyündə müəyyən problemlər var. Ancaq mən istəyərdim ki, oyun Suraxanıdakı stadionumuzda olsun.

 

- “Neftçi” ilə kubok oyunu barədə nə deyə bilərsiz? Rəqib mərhələ keçmək üçün 3 qol vurmalıdı...

- “Neftçi” bu oyunda daha rahat oynayacaq. Bizdə isə futbolçuları bu matça motivasiya etmək bir qədər çətin olacaq. Oyunçularda da yorğunluq var. “Neftçi” yaxşı komandadı.

 

- Elşən Abdullayevi oyunu barədə nə deyə bilərsiz? Bir də mövsümün əvvəlində hamı “Qarabağ”ın heyətinin genişliyindən danışırdı. İndi isə “Qarabağ”da da heyət baxımından problemlər var. Sizcə, bunda meydançalar nə dərəcədə rol oynayır?

- Elşən 9 ay yaşıl meydandan kənarda qaldı. Bu, uzun müddətdi. Medallar uğrunda mübarizə aparan komandada çıxış etmək əlavə məsuliyyətdi. Onun oyun təcrübəsi qazanmağa ehtiyacı var. Elşənin potensialı var. Öz üzərində çox çalışır. Hər şey özündən asılıdı. Mənim yadıma gəlmir ki, komandamda son 3-4 ildə bu qədər zədə olsun. Elə zədələrdi ki, heç gözləmirdik. Zədəli olan oyunçularımız elə futbolçulardı ki, 3-4 il davamlı oynayıblar. Bəli, bunda meydança amili də rol oynayır. Gah ot örtüyündə, gah süni örtükdə oynayırıq. Futboçular fiziki cəhətdən bu cür dəyişikliyi götürmür. Ancaq əlimizdən heç nə gəlmir. Bu problem başqa komandalarda da var.

 

- Siz həm də, İcraiyyə Komitəsinin üzvüsüz. Meydança ilə bağlı təkliflər etmisiz?

- Belə müzakirə olub. Gəncə şəhər stadionunun ot örtüyü dəyişdiriləcək. “İnter”lə AZAL-ın da stadionuna baxılacaq. Bu barədə müzakirələr olub.

 

- Artıq mövsümün sonlarıdı. Heyətlə bağlı planınız var?

- Hər il komandada olan çatışmazlıqları desəm, deyəcəksiz ki, bu komandada vəziyyət yaxşı deyil. Hər bir komandada çatışmazlıq olur. Dəyişikliklər etmək istəyirik. Nə dərəcədə alınacaq, bilmirəm. Çempionat tez bitəcəyindən, bu cəhətdən vaxtımız olacaq.

 

- Qara Qarayevə Avropa klublarından təkliflər gəlməsi barədə nə deyə bilərsiz? Onun başqa komandaya göndərilməsiylə razılaşacaqsız?

- Onun getməsi gündəmdə deyil. Bu, hazırda müzakirə olunacaq məsələ deyil. Çünki heç bir təklif yoxdu. Təklif olsa, bu barədə sizə ətraflı cavab verəcəm. Siz də mənim cavabımdan razı qalacaqsız.

0