Topaz Premyer Liqasının XX turu çərçivəsində “Bakı” ilə qarşılaşan “Qarabağ” meydandan 4:1 hesablı qələbə ilə ayrılıb. Apasport.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında baş məşqçilər aşağıdakı fikirləri səsləndirib.
İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “Qarabağ”a qarşı keçirilən oyunda əlimizdən gələni etdik. Qollar çox erkən vuruldu. Təşvişə düşüb iki qol buraxdıq. Çox təcrübəli komandaya qarşı oynayırdıq. "Qarabağ"ı təbrik edirəm. Əlbəttə, qələbə qazanmaq istəyirdik. Heyətimiz çox gəncdi. Azərbaycan futbolu üçün yeni oyunçular yetişdiririk".
Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Futbol üçün, fanatlarımız üçün çox darıxmışdıq. Bu oyuna çox ciddi hazırlaşmışdıq. İlk oyunlarda çatışmazlıqlar olur. Həmçinin bizdə də boşluqlar var idi. Amma ümumilikdə oyunumuzdan razı qaldım. Çox vacib qələbə qazandıq. "Bakı" klubuna uğurlar arzulamaq istəyirəm. Qarşıda bizi ciddi sınaq gözləyir. AZAL son vaxtlar çox gözəl oyun nümayiş etdirir. Sona kimi döyüşən komandadı. Onlara qarşı ciddi hazırlaşmalıyıq".