Çempionatın lideri “Qarabağ” gözlənilmədən “Bakı” ilə heç-heçə oynayıb. Apasport.az saytının PFL-ə istinadən verdiyi məlumata görə, ağdamlıların baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonrakı mətbuat konfransında görüşə yaxşı hazırlaşa bilmədiklərini bildirib.
Qurbanov oyunda qol epizodlarından istifadə etmədiklərini vurğulayıb: “Yorğunluq hiss olunurdu. Futbolçuların üzərinə çox getmək istəmirəm, onlar bu gün düzgün düşünə bilmirdi. İndi əsas məqsədimiz oyunçuları yaxşı vəziyyətə gətirməkdi.
Hücumda müəyyən problemlərin olduğunu səsləndirən baş məşqçi istədikləri dəyişiklikləri edə bilmədiklərini sözlərinə əlavə edib: “Futbolçularla çox məsələni danışmalıyıq”.
Qeyd edək ki, Topaz Premyer Liqasının XXVIII turunda “Bakı” – “Qarabağ” oyunu heç-heçə başa çatıb (1:1).