Azərbaycan Premyer Liqasının X turunda “Qarabağ” “Səbail”i qəbul edir. Apasport.az saytının məlumatına görə, qarşılaşma mübahisəli hakim qərarları ilə diqqət çəkir.
Belə ki, görüşün ilk hissəsində bir neçə dəfə meydan sahiblərinin etirazına səbəb olan qərarlar verən görüşün baş hakimi Rəvan Həmzəzadə 43-cü dəqiqədə “Qarabağ”ın müdafiəçisi Ansi Aqollini meydan qovdu.
İkinci hissədə isə 80-ci dəqiqədə cərimə meydançasında Murad Qurbanovun Dani Kintanaya qarşı müdaxiləsi ikincinin yıxılması ilə nəticələndi. Stadiondakı azarkeşlər, meydan sahiblərinin oyunçuları penalti gözləsə də, hakimin fiti susub.
Hakimin bu qərarına meydan sahiblərinin bütün oyunçuları, hətta hər zaman təmkini ilə seçilən Qurban Qurbanov da sərt reaksiya verib. Ancaq hakim fikrini dəyişməyib.
Qeyd edək ki, hazırda son dəqiqələri gedən oyunda “Qarabağ” 1:0 hesabı ilə öndədi.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi