Milli komandamızın Moldova ilə bu gün keçirəcəyi yoldaşlıq görüşünün baş hakimi olan Hüseyin Göçek azərbaycanlı futbolsevərlərə tanışdı. Apasport.az saytının məlumatına görə, türkiyəli referi karyerası ərzində 3 dəfə Azərbaycan təmsilçilərinin oyunlarını idarə edib.
42 yaşlı hakimin komandalarımızla yolu ilk dəfə 2014-cü ildə kəsişib. O, həmin il, avqustun 21-də Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Partizan” – “Neftçi” matçına təyinat alıb. Belqradda baş tutan qarşılaşmada bakılılar meydandan 2:3 hesablı məğlubiyyətlə ayrılıblar.
2014-cü il oktyabrın 10-da FİFA referisi bu dəfə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya – Azərbaycan görüşünü idarə edib. Bu oyun da rəqib komandanın minimalhesablı üstünlüyü ilə yekunlaşıb – 2:1.
Maraqlıdı ki, hər iki qarşılaşmada 1 futbolçu rəqib qapısına 2, öz qapısına 1 qol vurub. Serbiyada baş tutmuş görüşdə “Neftçi”nin sabiq müdafiəçisi Denis Silva komandasının hər iki qoluna imza atmaqla yanaşı, öz qapıçısını da məyus edib. Həmin oyunda “Neftçi”nin daha bir müdafiəçisi Elvin Yunuszadə də avtoqola imza atıb. Palermoda keçirilən İtaliya – Azərbaycan görüşündə isə rəqibin müdafiəçisi Corcio Kyellini hər iki qapıya yol tapıb. O, yığmamızın qapısına 2 qol vurmaqla yanaşı, “Skuadra Adzurra”nı da mərkəzə dəvət edib.
Türkiyəli referi son olaraq 2016-17 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” – “Viktoriya” matçında ədalət təmsilçisi olub. 1:1 hesabı ilə nəticələnən oyunda Ağdam təmsilçisinin qoluna Muarem Muarem imza atıb. Bu nəticə sayəsində ÇL-lə vidalaşan Qurban Qurbanovun kollektivi mübarizəni Avropa Liqasında davam etdirib.
Cari mövsümdə avrokuboklarda 3 oyun idarə edən Göçek həmçinin DÇ-2018-in seçmə mərhələsində də 3 matçda fit çalıb.
Qeyd edək ki, Hüseyin Göçek 2008-ci ildən FİFA referisidi.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"