[b]Böyükağa Hacıyev və Qurban Qurbanov arasındakı fərq[/b]
26.12.2014 - 10:05
[b]Böyükağa Hacıyev və Qurban Qurbanov arasındakı fərq[/b]

Məşqçilərin reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, klub çalışdırıcıları üçün tərtib olunan siyahıda Azərbaycan təmsilçiləri də yer alıb.

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1334 xalla dünyada 451-cidi. Hazırda heç bir klubda çalışmayan Böyükağa Hacıyev isə “Neftçi”dəki fəaliyyəti sayəsində topladığı 40 xalla 1280-ci yerdədi.

 

979-cu olan “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin hesabında 300 xal var.

 

Siyahıya Madrid “Real”ın “sükanı arxası”nda olan Karlo Ançelotti başçılıq edir. İtaliyalının hesabında 20082 xal var.