[b]Qurbanov, Cavadov və Nazarov[/b]
16.10.2015 - 16:08
[b]Qurbanov, Cavadov və Nazarov[/b]

Azərbaycan milli komandasının seçmə mərhələlərdəki ən məhsuldar futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının hesablamalarına görə, tarixi ərzində 11 seçmə mərhələdə çıxış edən yığmamızın bombardirləri siyahısında iki hakimiyyətlilikdi.

Belə ki, seçmə oyunlarında 5 qol vuran Qurban Qurbanovla Vaqif Cavadov digər futbolçuları arxada qoyur. Onları hərəyə 3 qol vuran 8 futbolçu izləyir. AVRO-2016-nın seçmə mərhələsində 3 dəfə fərqlənən Dmitri Nazarov və dubl müəllifi olan Rahid Əmirquliyev də bu “səkkizlik”də yer alıb.

1-2.

Qurban Qurbanov

5

 

Vaqif Cavadov

5

3-10.

Dmitri Nazarov

3

 

Fərrux İsmayilov

3

 

Nazim Süleymanov

3

 

Rahid Əmirquliyev

3

 

Rauf Əliyev

3

 

Ruslan Abışov

3

 

Vüqar Nadirov

3

 

Zaur Tağızadə

3

Seçmə mərhələlərdə ən çox qol vuran 10 oyunçudan üçü rəqib qapısından keçirdiyi bütün toplara Avropa çempionatlarına gedən yolda imza atıb. Özünün 6-cı belə tsiklini başa vuran yığmamızın bu turnirdəki bombardiri Qurbanovdu – 5 qol. Vüqar Nadirovla Nazarov 2-ci pilləyə şərikdi. Yığmamızın 6 üzvü isə qitə çempionatının seçmə oyunlarında iki dəfə fərqlənib. 

1.

Qurban Qurbanov

5

2-3.

Dmitri Nazarov

3

 

Vüqar Nadirov

3

4-9.

Fərrux İsmayilov

2

 

Nazim Süleymanov

2

 

Rahid Əmirquliyev

2

 

Rauf Əliyev

2

 

Vaqif Cavadov

2

 

Zaur Tağızadə

2