“Nurlan və Rəhmanın “Neftçi”yə keçəcəkləri ilə bağlı xəbərləri mətbuatdan izləyirəm. Hər ikisi perspektivli futbolçudu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin hücumameyilli yarımmüdafiəçisi Ruslan Qurbanov deyib.
Nurlan Novruzov və Rəhman Hacıyevin “Neftçi”yə keçmək ehtimalını dəyərləndirən Qurbanov bundan narahat olmadığını bildirib: “Kimlərin “Neftçi”yə gələcəyinin mənim üçün önəmi yoxdu. Hazırda dincəlirəm və təlim-məşq toplanışına hazırlaşıram. Düzdü, yeni gələn futbolçu rəqabətin artacağından xəbər verir. Ancaq bu, müsbət haldı. Rəqabət futbolçunun xeyrinə olur”.
Hazırda Rusiyanın Stavropol şəhərində olan Qurbanov gələn ay ata olacaq. Qızının dünyaya gəlişini səbirsizliklə gözləyən Ruslan həyəcanını gizlətməyib: “Açığı, tam dincələ də bilmirəm. Yanvarın əvvəllərində qızım dünyaya gəlməlidi. Buna görə də çox narahatam”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı