[b]Qvardiola rekordu təkrarladı, Ronaldoya söz atdı: O, “Benfika”nı istəyirdi[/b]
14.04.2016 - 10:03
[b]Qvardiola rekordu təkrarladı, Ronaldoya söz atdı: O, “Benfika”nı istəyirdi[/b]

“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola rekord təkrarlayıb. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis karyerası ərzində 7-ci dəfə komandasını Çempionlar Liqasının yarımfinalına daşıyıb.

 

Almaniya klubu 1/4 final mərhələsində “Benfika”nı üstələyərək (1:0, 2:2) Qvardiolanın rəhbərliyi altında 3-cü dəfə adını yarımfinala yazdırıb. 45 yaşlı çalışdırıcı buna qədər də “Barselona”ya 4 dəfə yarımfinala sevinci çıxmaq sevinci yaşadıb. 7 yarımfinalla o, Aleks Ferqyuson və Karlo Ançelottiyə məxsus rekordu təkrarlayıb.

 

Qarşılaşmadan sonrakı mətbuat konfransında fikirlərini bildirən Qvardiola hədəflərinin bütün turnirləri qazanmaq olduğunu söyləyib: “Benfika" bizə ciddi problem yaratmadı. Ardıcıl 5-ci dəfə yarımfinala çıxmaq möhtəşəmdi. Ancaq bu son hədd olmamalıdı. Ötən mövsüm həm bu turnirin yarımfinalında dayandıq, həm də Almaniya Kubokunun yarımfinalında uduzduq. Lakin bu dəfə bu yarışların da qalibi olmaq istəyirik”.

 

Sabiq “Barsa”lı mütəxəssis “Real”ın hücumçusu Kriştianu Ronaldonun da ünvanına söz atıb: “Bilirəm ki, Ronaldo yarımfinalda “Benfika” ilə oynamaq istəyirdi. Ona görə məyusam”.

 

Qeyd edək ki, “Bavariya” ilə yanaşı, “Real”, “Atletiko” və “Mançester Siti” də Çempionlar Liqasının yarımfinalına adlayıb. Bu mərhələnin püşkatma mərasimi sabah olacaq.

0