[b]Raca Naynqolan: Rahat qələbə qazanacağımızı düşünürdük[/b]
28.09.2017 - 10:35
[b]Raca Naynqolan: Rahat qələbə qazanacağımızı düşünürdük[/b]

“Yaxşı oyun göstərmədiyimizi bilirik. Vacib olan qələbə qazanmaq idi. Bunu bacarıb, 3 xala sahib olduq”. Apasport.az saytının məlumatına görə, bunu “Roma”nın futbolçusu Raca Naynqolan deyib.

 

29 yaşlı belçikalı yarımmüdafiəçi Çempionlar Liqasında “Qarabağ”la oyunu şərh edib.

 

O bildirib ki, öz oyunlarını göstərə bilməsələr də, lazımı 3 xalı qazanıblar: “Oyuna çox yaxşı başladıq. Startda 2 erkən qol vurduq, 3-cü dəfə də fərqlənə bilərdik. Amma olmadı. Biz öz oyunumuzu göstərə bilmədik. Hava və digər faktorları buna səbəb oldu. İrəli baxmalı və daha yaxşı çalışmalıyıq. “Qarabağ”la qarşılaşmada 3 xal bizim üçün vacib idi. Oyundan öncə düşünürdük ki, qələbəni rahat qazanacağıq. Bəlkə də nəyisə düzgün qiymətləndirməmişdik. Hər halda, əsas məsələ odu ki, Romaya 3 xalla qayıdırıq”.

 

Qeyd edək ki, “Roma” 2:1 hesabı ilə qələbə qazanıb.