[b]Rail Məlikov qərarını dəyişdi: “Dənizlispor”a qayıdıram[/b]
15.01.2015 - 13:09
[b]Rail Məlikov qərarını dəyişdi: “Dənizlispor”a qayıdıram[/b]

“Dənizlispor”da baş məşqçi dəyişikliyi mənim də qərarımı dəyişdi. Yaxın günlərdə Türkiyəyə gedəcəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Dənizlispor”un müdafiəçisi Rail Məlikov deyib.

 

Rail Məlikovun “Dənizlispor”dan ayrılmasının səbəbi keçmiş baş məşqçi Özcan Bizati ilə münasibətlərinin qaydasında olmaması idi. Lakin artıq Bizati ilə yollar ayrılıb və bu posta Engin İpəkoğlu gətirilib. Milli komandamızın sabiq müdafiəçisi karyerasını Türkiyədə davam etdirəcəyini deyib: “Rəhbərliklə artıq telefon danışığımız olub. Mənə deyildi ki, komandaya qoşula bilərsən. “Dənizlispor”un Antalya toplanışına qoşulacam. Hazırda 1-2 şəxsi işim var, onları həll edib, Türkiyəyə yollanacam. Engin İpəkoğlunu yaxşı tanıyıram. Onun rəhbərliyi altında oynamışam. Ümid edirəm ki, ikinci dövrə bizim üçün uğurlu olar”.

 

Qeyd edək ki, Rail Məlikovun “Dənizlispor”la müqaviləsi mövsümün sonuna qədərdi.

 

Ruslan SADIQOV