[b]Məlikovun “Dənizlispor”dan qovulmasının təfərrüatları: Baş məşqçi şoka düşüb[/b]
10.12.2014 - 16:05
[b]Məlikovun “Dənizlispor”dan qovulmasının təfərrüatları: Baş məşqçi şoka düşüb[/b]

Azərbaycanlı futbolçu Rail Məlikov formasını geyindiyi Türkiyənin “Dənizlispor” klubundan qovulub. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, gözlənilən oyunu göstərə bilməyən, intizamsız hərəkətlərinə davam edən və baş məşqçi Özcan Bizati ilə dalaşan yığmamızın sabiq müdafiəçisi klubundan göndərilib.

 

Railin qovulma səbəbi “Antalyaspor” və “Karşıyaka” ilə oyunlar öncəsi məşqləri səbəbsiz buraxmasıdı. Qış fasiləsində futbolçunun müqaviləsi ləğv ediləcək.

 

Artıq “Dənizlispor”un baş məşqçisi Özcan Bizati də məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Railə bu komandada yer yoxdu: “Karşıyaka” ilə matçda onu start heyətində meydana buraxmağı planlaşdırırdım. Amma taktiki hazırlıq zamanı onu həvəssiz görüncə xəbərdarlıq etdim. Mənə oynamaq istəmədiyini dediyi zaman şoka düşdüm. Bizim üçün Məlikov dəftəri artıq bağlanıb”.

 

Qeyd edək ki, Rail Məlikov ötən ay da səbəb bildirmədən məşqləri buraxdığı üçün heyətdən kənarlaşdırılmışdı.