“Bu günlərdə “Sumqayıt” rəhbərliyi ilə görüşəcəm. Çox güman ki, orda qalmayacam”. Bu sözləri apasport.az saytına açıqlamasında Ramazan Abbasov deyib.
“Sumqayıt”dan göndərildiyi haqda yazdığımız xəbəri təsdiqləyən təcrübəli futbolçu sözlərinə belə əlavə edib: “Sumqayıt”la maya kimi müqaviləm var. Amma mənim də qulağıma çatır ki, rəhbərlik qalmağımı istəmir. Belə olan halda, getməyim ən doğru qərar olacaq. Son turlarda az oynamaq şansı qazandım. Bu barədə baş məşqçi ilə söhbətim olmadı. Mən məşqlərimi edib, vaxtımı gözləyirdim”.
Abbasov Premyer Liqa klublarından birinə keçmək arzusundadı: “Maraqlananlar var, amma hələ real təklif almamışam. Təbii ki, karyeramı I Divizionda yox, yüksək dəstə komandalarından birində davam etdirmək istəyirəm”.