[b]Ramil Şeydayev U-21-ə çağırıldı[/b]
06.11.2017 - 13:07
[b]Ramil Şeydayev U-21-ə çağırıldı[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Samir Ələkbərov AVRO-2019-un növbəti iki oyununda güvənəcəyi futbolçuların siyahısını müəyyənləşdirib.

 

49 yaşlı mütəxəssis noyabrın 9-da Almaniya, 14-də Kosovo ilə keçiriləcək matçlara 23 futbolçu çağırıb. Heyətdə son vaxtlarda əsas milliyə dəvət alan Ramil Şeydayevlə Renat Dadaşov da yer alıb.

 

Qeyd edək ki, Almaniya və Kosovo ilə görüşlərin ikisi də “Dalğa Arena”da baş tutacaq.

 

Qapıçılar: Süleyman Süleymanov (“Sumqayıt”), Aydın Bayramov (MOİK), Mustafa Ozhitay (“Ulm 1846”, Almaniya);

 

Müdafiəçilər: Anton Krivotsyuk (“Neftçi”), Bəhlul Mustafazadə (“Sumqayıt”), Taşkın Sertan, Murad Qayalı (hər ikisi “Keşlə”), İlyas Səfərzadə (“Kəpəz”), Yusif Nəbiyev (“Zirə”), Serkan Baloglu (“Eyupspor”, Türkiyə);

 

Yarımmüdafiəçilər: Elnur Cəfərov (“Neftçi”), Eltun Turabov (“Qarabağ”), Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev (hər ikisi “Sumqayıt”), Oleg Hüseynov (“Keşlə”), Qismət Alıyev (“Qəbələ”), Murtuz Abakarov (“Səbail”), Fərid Nəbiyev (“Slaviya”, Çexiya), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya);

 

Hücumçular: Ramil Şeydayev (“Qarabağ”), Əlibəy Məmmədli (“Keşlə”), İlkin Sadıqov (“Kəpəz”), Renat Dadaşov       (“Ayntraxt” Frankfurt, Almaniya).