“Nə demək olar? Özünüz hər şeyi gördünüz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsi çərçivəsində bir qədər öncə başa çatan “Qarabağ” – “İnter” oyunundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
PFL rəhbəri qısa açıqlamasında “Qarabağ”ın qələbəsinin əlindən alındığını qeyd edib: “Bundan sonra nə edə bilərik ki? Kiminsə etirazının heç bir əhəmiyyəti yoxdu. Biz qəlbimizdə qələbə qazandıq”.
Qeyd edək ki, “İnter”lə görüşdə “Qarabağ”ın son dəqiqədə vurduğu təmiz qol qeydə alınmadığından, Ağdam təmsilçisi növbəti mərhələyə adlaya bilməyib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı