[b]Ramin Musayev Antalyada[/b]
14.01.2015 - 16:04
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Türkiyənin Antalya şəhərinə gedib. Apasport.az saytının məlumatına görə, qurum başçısı yanvarın 13-dən təlim-məşq toplanışına start verən hakimlərimizin məskunlaşdığı “Miracle” otelinə qalacaq.
Ədalət təmsilçilərimizin hazırlıqlarına nəzarətlə yanaşı, Musayev həm də klublarımızın iştirakı ilə Türkiyədə keçiriləcək yoxlama matçlarına da baxacaq.
Qeyd edək ki, hakimlərin toplanışı yanvarın 27-də başa çatacaq.
0
0