“Uzun illərdir diktorluq edirəm. “Qarabağ” – “İnter” matçının da diktoru mən olacam”. Bunu apasport.az saytına açıqlamasında tanınmış diktor Ramiz Qafarov deyib.
İdman və mədəni tədbirlərin aparıcısı kimi məşhur olan Qafarov davamçısı kimi ATV kanalından tanıdığımız Sənan Şəfizadəni görür. Onun fikrincə, Şəfizadənin böyük perspektivi var: “Mən diktoram. Şəfizadə isə oyunlarda aparıcılıq edir. Stadiona gələn camaatı ayağa qaldırır. Qışqırmaq mənə yaraşmaz. Sənan mənə kömək edir. Mənim ixtiyarım yoxdu ki, artıq şey edim. İdman yarışlarının tələblərinə əsasən, diktor rəsmi protokoldan əlavə söz deyə bilməz. Sənan fan-klubun üzvü sayılır. Voleybolda da bir nəfərə mikrafon verib oturdursan fan-klubun içində, başlayır azarkeşləri ruhlandırmağa”.
Qafarovun sözlərinə görə, Şəfizadə onu özünə müəllim sayır: “Qarabağ”ın oyununda rasizmlə bağlı şüarları və heyətləri mən deyəcəm. Qarşılaşma başlayandan sonra isə artıq söz deyə bilmərəm. Yalnız qol və əvəzetmələr olanda danışa bilərəm. Sənan mənim fanatımdı, məni özünə müəllim sayır. Onunla münasibətimiz əladı”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı