[b]Rauf “fərqləndi”, komandası xal itirdi[/b]
30.10.2017 - 00:47
[b]Rauf “fərqləndi”, komandası xal itirdi[/b]

Futbol üzrə Albaniya çempionatında VIII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb.

 

Sözügedən komanda doğma meydanda “Vlajniya” ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 2:2.

 

Matça start heyətində başlayan Rauf 90 dəqiqə meydanda olub. Arıdıcl üç oyunda qol sevinci yaşayan hücumçumuz bu oyunda da “fərqlənib”. O, qol vura bilməsə də, 69-cu dəqiqədə sarı vərəqə alıb.

 

Qeyd edək ki, geridə qalan 8 oyundan sonra 17 xal toplayan “Kukesi” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.