Topaz Premyer Liqasının XXI turunun son matçında xoşagəlməz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”la baş tutan qarşılaşmadan sonra “Neftçi”nin hücumçusu Rauf Əliyev azarkeşlərə qarşı hörmətsizlik edib.
“Bakcell Arena”da keçirilən oyun başa çatdıqdan dərhal sonra “Neftçi”nin baş məşqçisi Arif Əsədov futbolçuların “Forza Neftçi” azarkeşləri olan tribuna tərəfə gedib, onlarla görüşmələrini istəyib. Lakin Rauf Əliyev komanda yoldaşlarından fərqli, baş məşqçinin tapşırığına məhəl qoymayıb. “Gedə bilmərəm” deyən milli komandamızın hücumçusu birbaşa paltardəyişmə otağına yollanıb.
Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” oyunu paytaxt klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.