[b]Rauf Əliyev hesabı açdı, Junior Nildo 150-yə çatdırdı[/b]
08.12.2014 - 11:53
Topaz Premyer Liqasında 2014/15 mövsümünün 150-ci qolu vurulub. Apasport.az saytının məlumatına görə, “İnter” və AZAL arasındakı paytaxt derbisində (1:0) vurulan yeganə qol yubiley xarakteri daşıyıb.
Qonaqların qapısına yol tapan Junior Nildo günün sonuncu qolunun müəllifi kimi mövsümdə 150-ci qolu vurub. Bu turadək 54 matçda 143 top vurulmuşdu. 7 qol vurulan turun son topu 150-ci oldu. 58 matçdan sonra orta məhsuldarlıq 2,63-ə çatıb.
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 9-da “Xəzər Lənkəran”ın üzvü Rauf Əliyev AZAL-la qarşılaşmada vurmuşdu.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0