[b]Rauf Əliyevdən yeni xəbər [/b]
22.10.2015 - 10:09
[b]Rauf Əliyevdən yeni xəbər [/b]

Azərbaycan milli komandasının və “İnter” klubunun üzvü Rauf Əliyev əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, zədəsinin müalicəsi üçün AFFA tərəfindən Almaniyaya göndərilən futbolçunun müayinəsi zamanı əməliyyatın zəruriliyi üzə çıxıb.

 

Bu üzdən də Rauf əməliyyat olunub. Plattlinq şəhərində baş tutan cərrahiyə əməliyyatı uğurla nəticələnib.

 

Mənbə: affa.az