[b]Raul: İtaliya futbol tarixinin ən güclüsü...[/b]
16.12.2014 - 18:57
[b]Raul: İtaliya futbol tarixinin ən güclüsü...[/b]

Madrid “Real”ının sabiq hücumçusu Raul Qonzales maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, ispan forvard Messi və Ronaldo haqda danışıb. Bundan əlavə, Raul İtaliyanın ən güclü futbolçusunun adını açıqlayıb: “Mənə görə, Alessandro del Pyero İtaliya futbol tarixinin ən güclüsüdü. Ona böyük hörmətim var. O ki qaldı Messi və Ronaldoya, onların hər ikisini öz komandama götürərdim. Mükəmməl futbolçulardı. Mən Messi və Ronaldonu Maradona və Pele ilə eyni səviyyədə görürəm. Hər ikisi futbol tarixində silinməz iz qoyub”.