[b]"Bir aylıq maaşdan imtina etmək?" - Rəhman Hacıyev [/b]
22.07.2016 - 01:19
[b]"Bir aylıq maaşdan imtina etmək?" - Rəhman Hacıyev  [/b]

"Həqiqətən də, adama pis təsir edir. Çox ağır oyun keçdi. Rəqib çox yaxşı komanda idi. Bir səhvdən qol buraxdıq". Apasport.az saytının xəbərinə görə, bunu "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev deyib.

 

"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Makedoniyada "Şkendiya"ya uduzaraq (0:1) mübarizəni dayandırdı.

 

Qarşılaşmadan sonra Hacıyev jurnalistlərə bildirib ki, rəqibin hesabı açması həlledici olub: "Ondan sonra vəziyyət dəyişdi. İrəli atılmaq məcburiyyətində qaldıq, ardınca, qırmızı vərəqə alıb daha çətin vəziyyətə düşdük. Qol epizodlarımız oldu, istifadə edə bilmədik. Öz oyunumdan razı qalmadım. Xəstə idim, təzə sağalmışam, bəlkə də onunla əlaqədardı. Rəhbərliyə jest olaraq bir aylıq maaşdan imtina etmək?  Buna rəhbərliyin özü qərar versə, daha yaxşı olar. Baş məşqçimiz var, kapitanımız var, öz aramızda danışacağıq, nə səhvlərimiz var, nə etmək olar... Avrokubok mövsümü bizim üçün uğursuz alındı. Bildiyiniz kimi, "Neftçi"də dəyişiklik çoxdu. İndi yerli oyunçulara üstünlük verilir. İnaniram ki, çempionatda yaxşı oyun nümayiş etdirəcəyik".  

0