Bu gün keçiriləcək Avropa Liqasının qrup mərhələsinin I turunda qazanılacaq ilk qələbə Azərbaycan klubları üçün tarixi əhəmiyyət kəsb edəcək. Apasport.az saytının məlumatına görə, meydana çıxacaq “Qarabağ” və “Qəbələ”nin əldə edəcəyi ilk uğur ölkəmiz üçün avrokuboklarda 75-ci qələbə olacaq.
Belə ki, 1994-cü ildə qitə kuboklarında debüt edən təmsilçilərimiz indiyədək 74 qələbə qazanıb. Bu, 270 matçda mümkün olub.
Digər qarşılaşmalarda isə 70 heç-heçə qeydə alınıb. Komandalarımız 126 dəfə uduzub.
Bundan başqa, qazanılacaq qələbə cari mövsüm 10-cu olacaq. Belə nəticə isə mütləq rekorddu. İndiyədək klublarımız bir mövsümdə 9-dan artıq qələbə qazana bilməyib. Klublarımız 2014/15 və 2016/17 mövsümlərində 9 dəfə seviniblər.
Qeyd edək ki, “Qarabağ” Çexiyanın “Slovan”, “Qəbələ” Belçikanın “Anderlext” klubu ilə görüşəcək. Daha tez və evdə oynayan ağdamlılar yubiley qələbəsinin müəllifi olmaq üçün daha şanslıdı.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”