[b]Renat Dadaşov “Ayntraxt”ın toplanışına aparılmadı[/b]
05.01.2018 - 10:50
[b]Renat Dadaşov “Ayntraxt”ın toplanışına aparılmadı[/b]

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun klubu “Ayntraxt” təlim-məşq toplanışına start verib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Frankfurt təmsilçisi bu məqsədlə İspaniyaya yollanıb.

 

Bundesliqa klubu ümumilikdə 30 nəfərlik heyətlə yollandığı Mursiyaya bir neçə futbolçunu aparmayıb. Onlardan biri də U-19 komandasının üzvü Renat Dadaşovdu. Belə ki, mövsümün gedişində daha çox əsas komanda ilə məşqlərdə iştirak edən 18 yaşlı forvard bu dəfə baş məşqçi Niko Kovaça lazım olmayıb. Onunla yanaşı, Yanni Reqasel və Slobodan Medoyeviç də Almaniyada saxlanılıb.

 

Qeyd edək ki, Renat Dadaşov “Ayntraxt”a ötən il “Leyptsiq”dən keçib.