[b]Rəqibimizdən “cırtdan”a 3 cavabsız qol[/b]
25.03.2018 - 22:17
[b]Rəqibimizdən “cırtdan”a 3 cavabsız qol[/b]

Bir sıra milli komandalar yoldaşlıq oyunlarında güclərini sınayırlar. Apasport.az saytının məlumatına görə, milli komandamızın Millətlər Liqasının qrup mərhələsindəki rəqiblərindən biri Farer Adları yığması da növbəti matçını keçirib.

 

Rəqibimiz Lixteynşteyn millisi ilə üz-üzə gəlib. Görüş farerlilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bartalstovu, Olsen və Nattestad komandasına qələbə qazandırıb.

 

Qeyd edək ki, Farer Adaları martın 22-də Latviya ilə qollu bərabərliyə imza atmışdı – 1:1.