[b]Rəqiblərimizin oyununda darmadağın[/b]
25.10.2017 - 18:15
[b]Rəqiblərimizin oyununda darmadağın[/b]

19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının mübarizə apardığı Avropa çempionatlarının seçmə mərhələsinin IV qrupunda ilk tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, oyunları Albaniyada keçirilən qrupun ikinci oyununda meydan sahibləri ilə İspaniya qarşılaşıb.

 

Pireneylilərin aşkar üstünlüyü ilə keçən qarşılaşma darmadağınla yekunlaşıb. 4 futbolçusu dubl edən ispaniyalılar 3 xalı 8:0 hesabı ilə qazanıb.

 

Qeyd edək ki, qrupun Ukraynanı 2:0 hesabı ilə yenən Azərbaycan yığması oktyabrın 28-də İspaniya ilə qarşılaşacaq.

 

19 yaşadək qızlar arasında Avropa çempionatı

Seçmə mərhələ, IV qrup

I tur, 25 oktyabr

İspaniya – Albaniya – 8:0

Qollar: Pikueras Bautista, 9, 41, Abilleyra Duenas, 17, 40, Fernandes, 20, 44, Equrrola, 68, 73

 

1

İspaniya

1

1

0

0

8-0

3

2

Azərbaycan

1

1

0

0

2-0

3

3

Ukrayna

1

0

0

1

0-2

0

4

Albaniya

1

0

0

1

0-8

0