"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Qəbələ" ilə oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə təcrübəli müdafiəçi maraqlı fikirlər səsləndirib.
- Oyun haqda nə deyə bilərsiz?
- Sözün düzü, oyunumuz gözlədiyimdən yaxşı alındı. Yenə maraqlı oldu. Bu görüş derbidi. Çünki çempionluğa oynayan iki komanda qarşılaşırdı. Məğlub olmamaq çox vacib idi. Qələbə qazanmaq istəyirdik. Amma bu qədər qol imkanlarından istifadə edə bilmirsənsə, heç-heçə də pis nəticə deyil.
- Komanda sanki irəlidə "dişsiz" idi. "Qarabağ"dan ayrılan Dino Ndlovunun yeri görünürdü...
- Qəti razılaşmıram. Bu komanda heç vaxt şəxslər üzərində qurulmayıb. Dino özü "Qarabağ"da olanda hamı bizi 1 il tənqid edib ki, forvarda ehtiyacımız var.
- Necə düşünürsüz, yenə hücumçuya ehtiyac varmı?
- Xeyr, yoxdu. O vaxt da belə demişdik, bu gün də belə deyirik. Sabah Mahir Mədətov, Pedro Enrike də getsə, yenə 11 nəfər çıxıb, öz oyununu göstərəcək. Yenə deyirəm, bu komanda fərdlər üzərində qurulmayıb. "Qarabağ"dan vaxtilə Reynaldo və başqa futbolçular gedib. Amma komanda yenə öz stabilliyini qoruyub saxlayıb. Bu gün Mahir də, Pedro da çox yaxşı futbol oynadı. Danini də qeyd etməliyəm. Onların əziyyətini yerə vurmaq olmaz. Dediyiniz fikirlə qəti razılaşmıram. Matçlar olub ki, Dino da çoxlu qol şansından istifadə edə bilməyib. Sadəcə, bu gün "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnı çox yaxşı oynadı. O, keçilməz idi. Elə toplar çıxartdı ki... Ümumilikdə komandamızın bu qədər yaxşı oynayacağını gözləmirdim.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA