[b]Rəşad Sadıqov Türkiyəyə getdi[/b]
24.12.2014 - 17:20
[b]Rəşad Sadıqov Türkiyəyə getdi[/b]

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov ölkəni tərk edib. Apasport.az saytının məlumatına görə, 32 yaşlı müdafiəçi Türkiyəyə yollanıb.

 

Rəşadın qardaş ölkəyə səfər etməsində məqsəd hansısa klubla danışıq aparmaq və ya müayinədən keçmək deyil. Məsələ burasındadı ki, Rəşad Türkiyəyə istirahətə yollanıb. Təcrübəli futbolçunun ən çox bəyəndiyi əcnəbi şəhər İstanbul olduğundan, Sadıqov məhz ora üz tutub.