Gənclər Liqasında qrup mərhələsinin V turuna bu gün start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” turun ikinci günü meydana çıxacaq.
Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19 öz meydanında “Çelsi” ilə görüşəcək. Növbəti mərhələ şanslarını qorumaq üçün ağdamlılar mütləq qalib gəlməlidi.
Azərbaycanın U-19 Liqasnın çempionu olan “Qarabağ” qrup liderinı uduzsa, mübarizəni davam etdirmək şansı qalmayacaq. Görüş heç-heçə bitsə, komandamız “Atletiko” - “Roma” qarşılaşmasında da bərabərliyə ümid etməli olacaq. Həmin matçda tərəflərdən biri 3 xal əldə etsə, “Qarabağ” ilk iki yerə şansını itirəcək.
Qeyd edək ki, “Qarabağ” son ev oyununu “Azərsun Arena”da keçirəcək. Matç saat 15:00-da başlayacaq.
UEFA Gənclər Liqası
C qrupu, V tur
22 noyabr
15:00. “Qarabağ” - “Çelsi”
Baş hakim: Alper Ulusoy
Baş hakimin köməkçiləri: Mehmet Emin Tuğral, Deniz Caner Özaral (hamısı Türkiyə)
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)
Bakı. “Azərsun Arena”
|
1 |
Çelsi |
4 |
3 |
0 |
1 |
10-4 |
9 |
|
2 |
Roma |
4 |
2 |
0 |
2 |
7-4 |
6 |
|
3 |
Atletiko |
4 |
2 |
0 |
2 |
8-6 |
6 |
|
4 |
Qarabağ |
4 |
1 |
0 |
3 |
2-13 |
3 |