[b]Reynaldo “Bakı” ilə cavab oyununu buraxacaq[/b]
10.03.2015 - 16:46
[b]Reynaldo “Bakı” ilə cavab oyununu buraxacaq[/b]

Ölkə kubokunun 1/4 final mərhələsinin “Bakı” ilə keçirilən ilk oyununda zədələnən “Qarabağ”ın futbolçusu Reynaldo Silvanın müalicəsi davam edir. Apasport.az saytının məlumatına görə, bu səbəbdən “Xəzər Lənkəran”la çempionat oyununu buraxan braziliyalı hücumçu hələ zədəsini tam sağaltmayıb.

 

Həkimlər 26 yaşlı futbolçunun “Bakı” ilə kubokda keçiriləcək cavab görüşünü da buraxacağını bildiriblər. Reynaldo ən yaxşı halda, “Sumqayıt”la çempionat matçına hazır olacaq. Baş məşqçi Qurban Qurbanov “qol silahı”nı meydana vaxtından tez buraxmaqla, risk etmək istəmir. Reynaldo zədəsini tam sağaldandan sonra sıraya dönəcək ki, bu da “Sumqayıt”la matça təsadüf edəcək.  

 

Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” qarşılaşması martın 18-də keçiriləcək.