[b]Robert Levandovski və Azərbaycan yığması[/b]
09.10.2015 - 12:05
[b]Robert Levandovski və Azərbaycan yığması[/b]

AVRO-2016-nın seçmə mərhələsinin IX turunun ilk günü bombardirlər yarışının lideri Robert Levandovskinin daha 2 qol vurması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Polşa yığmasının hücumçusu Şotlandiya ilə qarşılaşmadakı dublla qol sayını 12-yə çatdırıb.

 

Bununla, Robert ən yaxın izləyicisi ilə fərqi 4-ə çatdırıb. Polşalı Almaniya “Bavariya”sındakı komanda yoldaşı Tomas Müller üçün az qala əlçatmaza çevrilib. Çünki sonuncu yalnız pokerlə Levandovskiyə çata bilər.

 

Polşalı forvard seçmə mərhələdə çıxış edən 53 yığmadan 32-dən çox qol vurub. Daha 3 milli isə onunla eyni sayda – 12 top vurmağı bacarıb.

 

Levandovski keçirdiyi 8 matçda 6 qol vuran Azərbaycan millisindən də ikiqat çox fərqlənib. Ümumiyyətlə isə bombardirlər yarışında 6 oyunçu yığmamızdan çox qola imza atıb.

 

AVRO-2016-nın seçmə mərhələsinin bombardirləri

 

1. Robert Levandovski (Polşa) - 12

2. Tomas Müller (Almaniya) – 8

3-6. Edin Dzeko (Bosniya və Herseqovina) – 7

Kayl Laferti (Şimali İrlandiya) – 7

Ueyn Runi (İngiltərə) – 7

Artyom Dzyuba (Rusiya) – 7

 

Azərbaycan yığmasının qollarının müəllifləri

1-2. Rahid Əmirquliyev – 2

Dmitri Nazarov – 2

3. Cavid Hüseynov – 1

Avtoqol: Corco Kyellini (İtaliya) – 1

0